Hacıqabulda narkotik vasitənin satışı ilə məşğul olan şəxs saxlanılıb

  • 09 İyl - 2019

Hacıqabul rayonunda narkotik vasitənin satışı ilə məşğul olan şəxs saxlanılıb.

“Report” xəbər verir ki, Hacıqabul şəhəri, Z.Tağıyev küçəsi, 140 ünvanında yaşayan 1970-ci il təvəllüdlü Həsənov Adəm Ağaisa oğlu qanunsuz olaraq əldə etdiyi 17 ədəd bükümdə, ümumi çəkisi 0,554 qram narkotik vasitə - heroini üzərində gəzdirdiyi üçün Hacıqabul Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanılıb.

Keçirilən əməliyyat tədbirləri çərçivəsində məlum olub ki, A.Həsənov narkotik vasitəni Hacıqabul şəhər sakini, H.Aslanov küçəsi, 3 ünvanında yaşayan 1964-cü il təvəllüdlü Vəkilov Rafael Yusif oğlundan 30 manata alıb. Sonuncunun üzərində axtarış aparılan zaman ondan 0,239 qram narkotik vasitə olan heroin aşkar edilərək götürülüb.

A.Həsənov barəsində Cinayət Məcəlləsinin 234.1-ci, R.Vəkilov barəsində isə 234.2-ci maddəsi ilə cinayət işi açılıb.

Faktla bağlı araşdırma davam etdirilir.

 


Oxunma sayı: 1662

Oxşar yazılar