Maşından külli miqdarda narkotik tapılıb

  • 17:47 - 09 İyul

Narkotik vasitələrin qanunsuz dövriyyəsi, həmçinin kultivasiya yolu ilə yetişdirilən narkotik tərkibli bitkilərin aşkarlanması istiqamətində daxili işlər orqanları tərəfindən uğurlu əməliyyat tədbirləri davam etdirilir.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Avropa.info-ya verilən məlumata görə, Nərimanov Rayon Polis İdarəsinin 18-ci Polis Şöbəsi əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Şirvan şəhər sakini R.Nuriyevin “Hyundai” markalı avtomobilindən 320 qram heroin, 86 qram tiryək və 53 qram metamfetamin aşkar edilərək götürülüb. 

Masallı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən Yeyənkənd kəndi ərazisindəki meşəlik sahədə kultivasiya yolu ilə yetişdirilmiş 228 ədəd çətənə kolu aşkarlanıb. 

Faktlarla bağlı araşdırmalar davam etdirilir.


Oxunma sayı: 8262

Oxşar yazılar