Lavrov İranın müdafiəsinə qalxdı

  • 09 İyl - 2019

İran Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA) nüvənin zənginləşdirilməsi ilə bağlı təminat verdiyi müqaviləni pozmur.  

Avropa.info xəbər verir ki, bu açıqlama ilə Rusiya xarici işlər naziri Sergey Lavrov çıxış edib. Onun sözlərinə görə, dünya obyektiv faktlara göz yuma bilməz.  

“Bu o deməkdir ki, İranın uranı 3,67%-dən artıq zənginləşdirməsi nə AEBA-nın , nə də bu müqaviləyə əlavə olunan protokolu əhatə edir. Moskva regionda vəziyyətin gərginləşməsində maraqlı deyil və İranın soyuqqanlı mövqeyinə ümid edir” – Lavrov belə deyib. 

O, Rusiyanın İranla bağlanan nüvə proqramından çıxmağa ehtiyac olmadığını deyib. 


Oxunma sayı: 1596

Oxşar yazılar