Zelenski gündə 60 manat maaş alır

  • 09 İyl - 2019

Ukrayna Prezidentinin İşlər İdarəsi dövlət başçısı Vladimir Zelenskinin maaşını açıqlayıb. Novator.az-ın məlumatına görə, rəsmi bilgidə qeyd olunur ki, prezident səlahiyyətlərinin icrasına bu il mayın 20-də başlayan Vladimir Zelenskiyə həmin ay üçün 12 min 727 qrivna maaş hesablanıb.

İyun ayında prezidentin əməkhaqqı 28 min qrivna həddində rəsmiləşib.

Vergiləri çıxandan sonra Vladimir Zelenski may ayı üçün 10 min 245 qrivna, iyun ayı üçün 22 min 540 qrivna alıb.

Prezidentin bir iş gününə orta hesabla 854 qrivna (60 manat) əməkhaqqı düşür.

Vladimir Zelenski 1978-ci ildə doğulub. Siyasətə gələnədək şoumen kimi tanınıb. Prezident seçkisinə Xalq Xidmətçisi Partiyasının namizədi kimi qatılan Vladimir Zelenski aprelin 21-də keçirilmiş ikinci turda 2014-cü ildən dövlət başçısı olan Pyotr Poroşenkonu udub.

Ukrayna meyarları ilə imkanlı şəxs sayılan Vladimir Zelenski 2018-ci ildə 9,7 milyon qrivnalıq (370 min dollara qədər) gəlir bəyannaməsi təqdim edib.


Oxunma sayı: 1640

Oxşar yazılar