"Qafqazdakı prosesləri kənardan izləmək kimi lüksümüz yoxdur ..." – Ərdoğan Türkiyə üzərinə düşən tarixi missiyanı açıqladı

  • 15:12 - 09 İyul

“Biz sadə millət deyilik. Biz 21 milyon kvadrat kilometrlik torpaqları azala-azala 780 min kvadrat kilometrə gəlmiş, dolayısı ilə torpaq nədir, bunu çox yaxşı bilən millətik. Bizə kimsə qəbilə dövləti kimi yanaşa bilməz”.

Avropa.info xəbər verir ki, bu açıqlama ilə Bosniya-Herseqovinada səfərdə olan Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan çıxış edib. Ərdoğan burada Butmir hərbi hissəsində Avropa İttifaqı sühməramlı missiyasında iştirak edən türk hərbçilərini ziyarət edib.

“Bizlər dünyanın ən güclü ordularını, ən böyük dövlətlərini qurmuş, sərlər biyunca üç qitə, yeddi iqlimdə sülhün bayraqdarlığını etmiş millətik. Bizlər cümhuriyyətimizin banisi Qazi Mustafa Kamalın dediyi kimi “yurdda sülh, cahanda sülh” prinsipini müdafiə edən dövlətik. Dünyanın 34 müxtəlif ölkəsində 78 şəhid qəbiristanlığı olan bir dövlətin könül coğrafiyasında yerləşən ölkələrə biganə qalması düşünülə bilməz. Hazırda sizlərlə könül coğrafiyasında bir aradayıq. Türkiyənin nə Avropadakı, nə şimali Afrikadakı, nə də Qafqaz, Balkanlar, Orta Asiyadakı prosesləri uzaqdan izləmək lüksü yoxdur. Bu torpaqlarda baş verən hər hadisə, birbaşa və dolayısı yolla ölkəmizə təsir edir. Balkanlarda, Yaxın Şərqdə qeyri-stabillik varsa, Afrikada insanlar aclıqla, qıtlıqla boğuşursa mənfi təsirləri bir formada Türkiyədə də hiss edilməkdədir”.

Ərdoğan Suriyada gedən vətəndaş müharibəsindən ən çox ziyan çəkən ölkənin Türkiyə olduğunu, 3,6 milyon qaçqının bu ölkəyə sığındığını deyib. 


Oxunma sayı: 14807

Oxşar yazılar