Bitkoin İranda qanundankənar elan olundu

  • 09 İyl - 2019

İranda Bitkoin alış-satışı tam qadağan edilib.

Avropa.info xəbər verir ki, bu açıqlama ilə İranın Mərkəzi Bankının sədr müavini Hasir Hakimi çıxış edib.

Hakiminin sözlərinə görə, kriptovalyuta ticarəti terrorizmin maliyyələşdirilməsi və “çirkli pullar”ın yuyulması üçün istifadə olunur. 

Hakimi deyib ki, rəqəmsal pullar hüquqi və investisiya riski daşıyan aktivlərdir. Kriptovalyutada İranda maskalanmış maliyyə piramidalarının fəaliyyəti üçün də istifadə olunur. 


Oxunma sayı: 1354

Oxşar yazılar