Ərdoğandan Avropa İttifaqının ünvanına sərt tənqid

  • 09 İyl - 2019

Türkiyə prezidenti Ərdoğan Bosniya-Herseqovinada keçirilən Cənub-şərqi Avropa Əməkdaşlığı Prosesi sammitində iştirak edib.

Avropa.info xəbər verir ki, Ərdoğan sammitdə Avropa İttifaqının qaçqın siyasətini tənqid edib.

“Son bir neçə ildir regionda çox ciddi insan miqrasiyası gedir. İntensiv və qaydasız miqrasiya ilə üz-üzəyik. Avropa İttifaqı ölkələri sayı onlarla nəfər olan miqrant kvotalarında razılığa gəlməzkən, Türkiyə 4 milyondan çox miqranta ev sahibliyi edib. Türkiyə qaydasız miqrasiya ilə mübarizə məsələsində hər cür tədbiri həyata keçirdi. BMT rəqəmlərinə görə, suriyalılar üçün 37 milyard dolları aşan pul xərclədik. Aİ-yə isə qanunsuz miqrasiyanı 99% azaltdıq. Başda Balkan ölkələri olmaqla Avropa qitəsinin bütünlüklə təhlükəsizliyinə müqayisə olunmaz dəstək verdik. Ancaq bu çətin dövrdə avropalı dostlarımızdan gözlədiyimiz dəstəyi və insani münasibəti görmədik. Miqrantlar üçün Türkiyədə verilən sözlər yerinə yetirilmədi”.


Oxunma sayı: 1915

Oxşar yazılar