Oqtay Əsədov jurnalistləri tənqid etdi: “Şou yaratmaq istəyirlər”

  • 09 İyl - 2019

“Təəssüflər olsun ki, Milli Məclisin plenar iclasları başa çatdıqdan sonra mediada yazırlar ki, parlament deputatlara çıxış etməyə imkan yaratmır. Hər dəfə çıxış edərkən qanun layihələri barədə məlumatlar verilir, bəzi hallarda deyirəm ki, qanun layihəsi 2-3-cü oxunuşlarda müzakirə edilir. Hamının gözünün qarşısında deputatlara çıxış etməyə imkan yaradılır”.

Modern.az xəbər verir ki, bunu Milli Məclisin növbədənkənar sessiyasının iclasında parlamentin sədri Oqtay Əsədov deyib.

O.Əsədov bildirib ki, Milli Məclisdə akkreditasiyadan keçən jurnalistlər prosedur qaydalarını bilirlər:

“Təəssüflər olsun ki, digər jurnalistlər bundan şou yaratmaq istəyirlər”.


Oxunma sayı: 2080

Oxşar yazılar