Çempionlar Liqasında birinci mərhələ başlayır

  • 10:52 - 09 İyul

Bu gün Çempionlar Liqasında 1-ci təsnifat mərhələsi başlayır.

Avropa.info qol.az-a istinadən xəbər verir ki, ilk oyun günündə 8 qarşılaşma keçiriləcək. Mərhələyə Qazaxıstandanda start veriləcək. Burada paytaxtın  "Astana" klubu "CFR Kluj"u qəbul edəcək.

Qeyd edək ki, "Qarabağ" da bu mərhələdən yarışa qoşulacaq. Ağdam təmsilçisi sabah səfərdə Albaniyanın "Partizani" klubu ilə qarşılaşacaq.

9 iyul

Çempionlar Liqası

I təsnifat mərhələsi, ilk oyunlar

17:00. “Astana” (Qazaxıstan) – ÇFR (Kluj, Rumıniya)

18:00. “Ararat” (Ermənistan) - AIK (İsveç)

20:00. HİK (Finlandiya) – “HB Torshavn” (Farer adaları)

20:00. “Nımme Kalyu” (Estoniya) – “Şkendiya” (Makedoniya)

21:45. “Sarayevo” (Bosniya və Herseqovina) – “Seltik” (Şotlandiya)

22:00. “Düdelanj” (Lüksemburq) – “Valetta” (Malta)

22:00. “Suduva” (Litva) – “Srvena Zvezda” (Serbiya)

22:00. TNS (Uels) – “Ferronikeli” (Kosovo)


Oxunma sayı: 13861

Oxşar yazılar