Avropa İttifaqı Şurasının prezidenti Donald Tusk Azərbaycana səfərə gəlib

  • 08 İyl - 2019

Avropa İttifaqı Şurasının prezidenti Donald Tusk iyulun 8-də Azərbaycan Respublikasına səfərə gəlib.

Avropa.info xəbər verir ki, Avropa İttifaqının bayrağının və Azərbaycan Respublikasının dövlət bayrağının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

Avropa İttifaqı Şurasının prezidenti Donald Tusku Azərbaycan Respublikası Baş Nazirinin birinci müavini Yaqub Eyyubov və digər rəsmi şəxslər qarşıladılar.


Oxunma sayı: 1398

Oxşar yazılar