"Qalatasaray" baş məşqçisi ilə müqavilənin müddətini uzadıb

  • 23:00 - 08 İyul

Türkiyənin "Qalatasaray" klubu baş məşqçisi Fatih Terimlə yeni müqavilə imzalayıb.

66 yaşlı mütəxəssislə ikiilik sözləşmə bağlanıb. Baş məşqçi 2022-ci ilədək İstanbul təmsilçisinə rəhbərlik edəcək. Müqavilənin daha üç il uzadılması da nəzərdə tutulub.  

Qeyd edək ki, F.Terim 2017-ci ilin dekabrında 4-cü dəfə “Qalatasaray”ın sükanı arxasına keçib. Bundan sonra klub iki dəfə Türkiyə Super Liqasının, bir dəfə isə ölkə kubokunun qalibi olub.


Oxunma sayı: 7195

Oxşar yazılar