Masallıda keçmiş məhkumun evindən bir kiloqramdan çox marixuana aşkarlanıb

  • 19:10 - 08 İyul

Masallı Rayon Polis Şöbəsi əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Gəyəçöl kənd sakini, əvvəllər məhkum olunmuş D.Hüseynovun həyətyanı sahəsindən kultivasiya yolu ilə yetişdirilmiş 16 ədəd çətənə kolu aşkarlanıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Avropa.info-ya bildiriblər ki, onun evinə baxış zamanı isə 1,1 kiloqramdan artıq marixuana və çətənə toxumları aşkarlanaraq götürülüb.

Faktla bağlı araşdırmalar davam etdirilir.


Oxunma sayı: 7569

Oxşar yazılar