Messi Argentina yığmasından iki illik diskvalfikasiya oluna bilər

  • 17:31 - 08 İyul

Argentina futbol millisinin lideri Lionel Messi iki il müddətinə milli komandada oynamaq hüququndan məhrum edilə bilər.

Avropa.info xəbər verir ki, bu barədə İspaniyanın As nəşri yazıb. Messinin millidən uzaqlaşdırlmasına əsas kimi dünən Çili ilə Amerika Kubokunun üçüncü yeri uğrunda keçirilən oyundan sonra hakim korpusunu və Cənubi Amerika Futbol Konfederasiyasını (CONMEBOL) tənqid etməsi göstərilir. 

Qeyd edək ki, birinci hissənin sonunda Messi qırmızı kart alıb. Oyundan sonra hakim qərarları və Cənubi Amerika Futbol Konfederasiyasında korrupsiya hallarına etiraz aktı kimi medalların təltifi mərasimində iştirak etməmişdi.

Bu davranışına görə onu iki illik diskvalfikasiya gözləyə bilər. Əgər bu baş verərsə, Messi Kolumbiya və Argentinanın qəbul edəcəyi “Kopa Amerika – 2020” turnirini buraxmalı olacaq.


Oxunma sayı: 7305

Oxşar yazılar