Azərbaycanlı idmançıdan möhtəşəm qələbə – Fotolar

  • 08 İyl - 2019

Bu aralar ard-arda idmançılarımızın qələbə xəbəri bizi sevindirir. Həm də bu qələbələrin ölkə xaricində olması Azərbaycanın tanınmasında böyük rol oynayır. Bu cür möhtəşəm qələbələrdən birini də Azərbaycana Vüqar Keramov qazandırıb. 

Avropa.info xəbər verir ki, İyulun 5-də Polşada RWC3 versiyası üzrə peşəkar turnir təşkil edilib. 

Bu peşəkar turnirdə Azərbaycanı 66 kq çəki dərəcəsində Vüqar Keramov təmsil edib. RWC3 versiyası üzrə keçirilən turnirdə gecənin döyüşü Vüqar Keramov ilə Kacper Formala arasında keçirilib. Gecənin möhtəşəm döyüşündə Vüqar Keramov qalib olub.

 

 

 


Oxunma sayı: 2454

Oxşar yazılar