Trabzonda keçirilən turnirin qızıl medalçısı 14 yaşlı Ayxan Həsənov : "Ən böyük arzum Azərbaycan millisi və "Barselona"nın futbolçusu olmaqdır"

  • 16:09 - 08 İyul

Ayxan Elçin oğlu Həsənov 2005-ci ilin 5 dekabrında Bakı şəhərində dünyaya göz açıb. 2015-ci ilindən hazırda Peşəkar "Sabah" Futbol Klubunun uşaq məktəbi funksiyasını daşıyan "Vətən" Futbol Məktəbində futbol oynamağa başlayıb. 

Avropa.info son olaraq "Vətən" Futbol Məktəbi ilə Türkiyədə 32 komandanın iştirakı ilə keçirilən turnirin qalibi olan Ayxan Həsənovla müsahibəni oxucularına təqdim edir. 

  •  
  • - Ayxan, nə vaxtdan futbol oynamağa başlamısan və nədən məhz futbol ? 
  •  
  • - Futbolla kiçik yaşlarımdan maraqlanmağa başlamışam. Kiçik yaşlarımdan evdə futbol izləniləndə mən də izləyirdim və məndə bu idman növünə maraq yaranmağa başladı. Zaman keçdikcə futbolu sevməyə başladım. 2015-ci ildə isə "Vətən" Futbol Məktəbinə yazıldım. Artıq 3 il 6 aydır ki, "Vətən"in futbolçusuyam.
  •  
  • -Futbolda ciddi uğurların olubmu? 

-Bu vaxtadək "Vətən" ilə bir çox turnirlərdə iştirak etmişəm. Öz yaş qrupum üzrə Bakı birinciliyi, Azərbaycan çempionatı və bəzi liqalarda oynamışam. Ölkə xaricində isə ötən il İranda keçirilən turnirdə 3-cü yeri tutaraq bürünc medal qazanmışam. Ötən ayın 28-dən Türkiyənin Trabzon şəhərində 32 komandanın iştirakı ilə keçirilən turnirdə isə 1 ci yeri turaraq qızıl medallara layiq görüldük. Ümumiyyətlə qazandığımız nəticələrə görə, məşqçilərimə və komanda yoldaşlarıma təşəkkür edirəm. Biz birlikdə güclüyük. 

-Gələçək perespektivini necə düşünürsən? Futbolda davam etmək istəyirsənmi?

-Əlbəttə, gələcəyimi futbolla bağlı görmək istəyirəm. İnşallah məşqlərdə ciddi çalışaraq gələcəyin güclü futbolçusu olmaq istəyirəm. Azərbaycanda ən çox sevdiyim klublar "Sabah" və "Qarabağ"dır. Dünyada isə "Barselona" mənim üçün bir nömrədir. İlk öncə, ölkə daxilində "Sabah" və "Qarabağ"ın futbolçusu olmaq istərdim. Futbolla bağlı ən böyük arzum isə "Barselona"da oynamaqdır. Təbii ki, Azərbaycan millisinin də şərəfini qorumaq istərdim. 

Avropa.info


Oxunma sayı: 11639

Oxşar yazılar