Günəşlidə evə quldur basqını: Araz Sofiyev öldürüldü, arvadı ağır yaralandı – Yenilənib

  • 15:42 - 08 İyul

Hüquq-mühafizə orqanlarından virtualaz.org-a bildiriblər ki, hələlik Günəşlidə quldur basqını zamanı Araz Sofiyevin öldürülməsi, arvadı Rəna Sofiyevanın isə yaralanması hadisəsi ilə bağlı saxlanılan yoxdur. Evdən 5 min dolların oğurlanması isə fərziyələrdən yalnız biridir. Digər versiyalar istintaq sirri olduğundan gizli saxlanılır.

Sofiyevlərin 16 yaşlı oğlu var, amma hadisə baş verən vaxt evdə olmayıb.

***

15:42

Bakının Suraxanı rayonunda evə quldur basqını olub, nəticədə ev sahibi, 40 yaşlı Araz Sofiyev öldürülüb, onun həyat yoldaşı Rəna Sofiyeva isə ağır yaralanıb. 

Avopa.info "virtualaz.org"a istinadən xəbər verir ki, hadisə iyulun 6-dan 7-nə keçən gecə, Suraxanı rayonu, Q yaşayış massivi, mənzil 27-a ünvanında qeydə alınıb.

Naməlum şəxs və ya şəxslər 5-ci mərtəbədə yerləşən mənzilə daxil olub, Sofiyevlərə bıçaqla xəsarət yetiriblər.

Nəticədə Araz Sofiyev ölüb, Rəna Sofiyeva isə ağır vəziyyətdə 3 saylı şəhər klinik xəstəxanasına çatdırılıb. Yaralıya tibbi yardım göstərilib və hazırda müalicəsi davam etdirilir.

Quldurların mənzildən 5000 ABŞ dolları apardıqları bildirilir.

Hazırda Suraxanı Rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.


Oxunma sayı: 19944

Oxşar yazılar