“Məsələ pul olsaydı, “Fənərbağça”ya deyil, Çinə gedərdim” – Alman futbolçu

  • 14:09 - 08 İyul

Türkiyənin “Fənərbağça” futbol klubunun yeni transferi alman futbolçu Maks Kruze türk klubuna pul üçün deyil, gələn mövsümlərdə Avropa kuboklarında oynamaq üçün gəldiyini bildirib.

Avropa.info xəbər verir ki, Almaniyanın “Kicker” nəşrinə müsahibə verən 31 yaşlı futbolçu “Fənərbağça”nı tərcih etməsi bağlı suala cavab verib:

“Kimin nə fikirləşdiyi vecimə deyil. Mən gələn mövsümlərdə Avropada oynayacaq komanda seçmək imkanına sahib oldum. Özümə vaxt verdim və hislərimi dinlədim. Gələcək illərdə “Fənərbağça” ilə beynəlxalq arenada forma geyəcəyimə əminəm”.

Kruze futbolun maliyyə tərəfinin vacib olduğunu, lakin məsələnin pulda olmadığını deyib:

“Məsələ pul olsaydı, çoxdan varlı olmuşdum. Məsələ pul olsaydı, “Fənərbağça”ya deyil, Çinə gedərdim. Bremeni tərk etmək “Verder Bremen”ə qarşı deyil, əksinə özüm üçün verdiyim qərar idi. Başqa ölkədə 13 ildir Bundesliqada qazandığım uğurları sübut etmək istəyirəm”.


Oxunma sayı: 7195

Oxşar yazılar