Amerika Kubokunun çempionu Braziliya oldu - Foto
- 11:08 - 08 İyul
Cənubi Amerika Futbol Konfederasiyasının (CONMEBOL) təşkil etdiyi Amerika Kuboku turnirinin qalibi Perunu 3-1 hesabı ilə məğlub edən Braziliya olub.
Avropa.info xəbər verir ki, Braziliyada keçirilən 46-cı Amerika Kubokunun final oyununda Braziliya və Peru Rio-de-Janeyro şəhərinin “Marakana” stadionunda qarşılaşıblar.
Braziliyanın qollarını 15-ci dəqiqədə Everton Soares, 45-ci dəqiqədə Qabriel Jezus və 90-cı dəqiqədə penalti zərbəsindən Riçarlison vurub. Perunun tək qolunu isə penaltidən Paolo Qerrero vurub.
70-ci dəqiqədə Qabriel Jezusun ikinci sarı kartdan sonra qırmızı kart almasından sonra Braziliya turnir ərzində qapısından ilk qolu buraxıb.
Bu Braziliyanın qazandığı 9-cu Amerika Kubokudur. Bu kuboku Uruqvay 15 dəfə, Argentina 14 dəfə qazanıb.