Messi 14 ildən sonra ilk dəfə qırmızı kart gördü – Medalını almaqdan imtina etdi

  • 10:57 - 08 İyul

Amerika Kuboku turnirində üçüncü yer uğrunda keçirilən matçda Argentina və Çili qarşılaşıb.

Avropa.info xəbər verir ki, oyun “Beşiktaş”lı Qari Medel və “Barselona”nın hücumçusu Lionel Messi arasında baş verən mübahisə ilə yadda qalıb. 37-ci dəqiqədə hər iki futbolçuya qırmızı kart göstərilərək, oyunu tərk ediblər.

Messi formasını geydiyi Argentina millisində son dəfə 2005-ci ilin 17 avqustunda qırmızı kart görmüşdü.

Argentinanın Çilini 2-1 məğlub etdiyi görüşdə hakim qərarına etiraz edən Messi matça etiraz edərək mükafatlandırma mərasimində iştirak etməyib.

Messi matçdan sonra hakimin qırmızı kart göstərməsini tənqid edərək, bu açıqlamanı verib:

“Medel və mənə sarı kart göstərilməsi kifayət idi. Turnir ərzində bizə hörmət qoyulmadı. Bunun bir hissəsi olmaq məcburiyyətində deyilik. Buradan başı dik gedirəm və bu komanda ilə fəxr edirəm. Haqqı olan hörmət qoyulduqda bu komandanın uğurlu işlər görəcəyini düşünürəm. Medalımı almağa getmədim, çünki bu ssenarinin bir hissəsi olmaq istəmədim. Ümid edirəm, finalda hakimlər çox müdaxilə etməz və Perunun bir şansı olar”.


Oxunma sayı: 13476

Oxşar yazılar