Əfqanıstanda partlayış zamanı 12 nəfər həlak olub, onlarla insan yaralanıb

  • 07 İyl - 2019

Əfqanıstanda partlayış törədilib.

Bu barədə “Report” “Pajvak” agentliyinə istinadən xəbər verir.

Bildirilir ki, hadisə Qəzni şəhərində qeydə alınıb.

Partlayış nəticəsində 12 nəfər həlak olub, daha 43 nəfər yaralanıb. Ölənlərdən 8-i polis əməkdaşları, 4-ü dinc sakinlərdir.

“Tolonews” telekanalı bildirib ki, Milli Təhlükəsizlik İdarəsinin ofisində hücum edilib. Terrorçu kamikadze partlayıcı maddə ilə dolu yük maşınını partladıb. Hadisəyə görə məsuliyyəti “Taliban“ hərəkatı üzərinə götürüb


Oxunma sayı: 2311

Oxşar yazılar