Messi qırmızı aldı, Argentina qələbəyə sevindi

  • 11:06 - 07 İyul

Futbol üzrə Amerika kuboku turnirində üçüncü yer uğrunda Argentina-Çili qarşılaşması başa çatıb.

Gərgin epizodlarla zəngin olan oyunda Argentina yığması rəqibini 2:1 hesabı ilə məğlub edərək üçüncü yeri tutub. Argentina komandasının qollarını Aquero (12-ci dəqiqə) və Dibala (22-ci dəqiqə), Çili yığmasının cavab topunu isə penaltidən Vidal (59-cu dəqiqə) vurublar.

Oyunun 37-ci dəqiqəsində argentinalı ulduz futbolçu Lionel Messi karyerası ərzində ikinci dəfə qırmızı vərəqə alaraq meydançadan qovulub. Ümumilikdə hakim oyun ərzində futbolçulara 2 qırmızı və 6 sarı kart göstərib.

Xatırladaq ki, Amerika kubokunun bu gün keçiriləcək finalında Braziliya və Peru komandaları qarşılaşacaq. Oyun Bakı vaxtı ilə saat 00:00-da başlayacaq.


Oxunma sayı: 13179

Oxşar yazılar