Sumqayıtda üzərində əl qumbarası gəzdirən keçmiş məhkum saxlanıldı

  • 06 İyl - 2019

Sumqayıtda üzərində qanunsuz odlu silah-sursat gəzdirməkdə şübhəli bilinən şəxs şəhər polis idarəsinin 2-ci polis bölməsi əməkdaşlarının əldə edilmiş məlumat əsasında həyata keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində saxlanılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Avropa.info-ya bildiriblər ki, şəxsi axtarış zamanı ondan alışqanı ilə birlikdə “F-1” qumbarası aşkarlanaraq götürülüb.

Polis bölməsində aparılmış araşdırmalarla onun Sumqayıt şəhərinin Hacı Zeynalabdin Tağıyev qəsəbə sakini, əvvəllər oğurluq, narkotik və digər cinayətlərə görə dəfələrlə məhkum edilmiş Ağakərim Məmmədov olduğu müəyyənləşib.

Faktla bağlı Sumqayıt Şəhər Polis İdarəsinin istintaq şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, istintaq aparılır.


Oxunma sayı: 2542

Oxşar yazılar