Taxıl biçini ilə bağlı Azərbaycandakı son statistika

  • 11:26 - 06 İyul

Respublika ərazisində taxıl biçini davam edir. Bu il Azərbaycan ərazisində 1009139,8 hektar sahədə taxıl əkini aparılıb. Bunlardan 677793 hektarı buğda, 331346,8 hektarı arpa sahəsidir.

Kənd Təsərrüfatı Nazirliyindən Avropa.info-ya verilən məlumata görə, iyulun 5-nə olan operativ məlumata görə, ölkə ərazisində 853866,7 hektar ərazidə taxıl biçini aparılıb, 327339 hektar ərazidə arpa, 526527,7 hektar ərazidə buğda biçini başa çatıb. Ümumilikdə bu günədək ölkə üzrə 2715634,2 ton taxıl yığılıb, orta məhsuldarlıq hər hektara 31,8 sentner təşkil edir.

Ağdam, Bərdə, İmişli, Masallı, Saatlı, Sabirabad, Salyan, Yevlax, Zərdab, Göyçay, Neftçala və Ağcabədidə taxıl biçini başa çatıb. Ağdaş, Kürdəmir, Tərtər, Füzuli rayonlarında taxıl biçini başa çatmaq üzrədir. Şamaxı ərazisində arpa əkilmiş 12195 hektar sahənin 10479 hektarı artıq biçilib, buğda əkilmiş 29630 hektar sahənin 21539 hektarı artıq biçilib. Rayonda arpa məhsuldarlıq 17 s/ha, buğda üzrə məhsuldarlıq 20 s/ha təşkil edir. Cəlilabad ərazisində arpa əkilmiş 4509 hektar sahənin 4460 hektarı artıq biçilib, buğda əkilmiş 54908 hektar sahənin 47742 hektarı artıq biçilib. Rayonda arpa məhsuldarlıq 35,2 s/ha, buğda üzrə məhsuldarlıq 37,1 s/ha təşkil edir. Ağdaş, Beyləqan, Tərtər rayonlarında da taxıl biçinində yüksək nəticələr əldə edilib.

RayonBuğdaArpa
Cəmi sahə, haBiçilib, haMəhsuldarlıqCəmi sahə, haBiçilib, haMəhsuldarlıq
Abşeron30722019,076173012,5
Ağdam122281222839,02215221535,5
Ağdaş4272,9426225,1116301163024,1
Ağcabədi225032250337,16672667232,7
Ağsu20038,51763032,6160361578031,0
Balakən1215115728,045845828,7
Beyləqan111481066635,21765176529,2
Bərdə9041904144,32601260138,9
Biləsuvar137131355732,0164561645630,5
Cəbrayıl2430243035,055055030,5
Cəlilabad54907,54774237,14509,1446035,2
Füzuli286212785931,68505850529,0
Goranboy8235821031,0137501375029,0
Göyçay8740874030,06851685130,5
Hacıqabul259252067619,011008996730,9
İmişli12715,51271638,76322632234,2
İsmayıllı232001507337,46173602731,7
Kürdəmir181201805534,5299262992633,3
Qax109341040430,62881288126,2
Qazax8305740036,84250421824,7
Qəbələ157901360033,04400420032,0
Masallı7496749623,12786278621,4
Neftçala7792,2779233,2314043140426,8
Oğuz119691100031,04118410030,8
Saatlı190441904442,95822582236,2
Sabirabad155361553641,19600960037,7
Salyan6817681741,89917991736,2
Samux5941594132,63681,5367635,3
Siyəzən3788253931,52516249427,5
Şamaxı296302153920,0121951047917,0
Şəki45961,83610034,321626,32158034,3
Tərtər7087,97002,741,73815381533,7
Tovuz137401219033,31724172426,4
Ucar7390737829,67716771626,7
Yevlax6631663134,65083508328,5
Zərdab129861298634,35730573030,6

Oxunma sayı: 17447

Oxşar yazılar