“Qarabağ”ın Çempionlar Liqası üçün heyəti açıqlanıb – SİYAHI

  • 21:30 - 05 İyul

“Qarabağ” Çempionlar Liqasının I təsnifat mərhələsində Albaniya təmsilçisi “Partizani” ilə oyunlar üçün sifariş vərəqini UEFA-ya göndərib.

Avropa.info-nun rəsmi “Facebook” səhifəsinə istinadən verdiyi xəbərə görə, sifariş vərəqində 22 futbolçunun adı var.

“Qarabağ”ın “Partizani” ilə oyunlar üçün heyəti aşağıdakı kimidir:

Qapıçılar: Şahruddin Məmmədəliyev, Vaqner Da Silva, Nicat Mehbalıyev.

 

Müdafiəçilər: Ailton Silva, Rahil Məmmədov, Maksim Medvedev, Rəşad Sadıqov, Hüseyn Abbasov, Bədavi Hüseynov, Donald Gerrye.

 

Yarımmüdafiəçilər: Qara Qarayev, Simeon Slavçev, Araz Abdullayev, Miçel, Xayme Romero, Dani Kintana, Abullah Zubir, İsmayıl İbrahimli, Flip Ozobiç, Riçard Almeyda, Hacıağa Hacılı.

 

Hücümçu: Mahir Emreli.

Qeyd edək ki, “Partizani” ilə ilk oyun iyulun 10-u Tiranada, cavab oyunu isə iyulun 17-si Bakıda olacaq.


Oxunma sayı: 8988

Oxşar yazılar