Gürcüstandan Azərbaycana qaçmaq istəyən kriminal avtoritet sərhəddə tutulub

  • 18:36 - 05 İyul

Gürcüstanda azərbaycanlıların daxil olduğu 10 kriminal avtoritet saxlanılıb.

Avropa.info apa-ya istinadən xəbər verir ki, bu barədə Gürcüstan Daxili İşlər Nazirliyinin Mərkəzi Kriminal Polis departamentinin rəhbəri Mamuka Çelidze keçirdiyi brifinqində məlumat verib. O, bildirib ki, saxlanılan şəxslərdən biri Qırmızı Körpü sərhəd keçid məntəqəsindən Azərbaycana daxil olmaq istəyərkən həbs edilib.  

Saxlanılanların qanuni oğrularla əlaqələrinin olduğu, azərbaycanlıların kompakt yaşadığı Marneuli və Dmanisi, həmçinin Batumi, Mestia, Rustavi və Tbilisidə hədə-qorxu və şantajla vətəndaşların pullarını mənimsədikləri bildirilir. Onlardan dördü kriminal aləmlə əlaqəsi olduğunu etiraf edib. 
Faktla bağlı cinayət işi başlanıb.


Oxunma sayı: 11650

Oxşar yazılar