PKK terrorçularından azərbaycanlılar yaşayan kəndlərə hücum: 3 nəfər öldürüldü – İranlı vali isə PKK terrorçularına maaş verir (Foto)

  • 14:59 - 05 İyul

Türkiyə Silahlı Qüvvələrinin (TSQ) həyata keçirdiyi "Pəncə" əməliyyatları zaman böyük zərbə alan PKK terror təşklatının İrandakı qolu PEJAK, bu ölkədəki azərbaycanlı kəndlərinə silahlı basqınlar edib.

Avropa.info Türkiyə mətbuatına istinadən xəbər verir ki, terrorçular azərbaycanlılardan evlərini boşaltmağı tələb edirlər.

Qərbi Azərbaycan vilayətinin valisi Məhəmməd Mehdi Şəhriyar isə terrorçuların bu hücumlarına seyrçi mövqe tutduğu, hətta terrorçulara maaş verdiyi xəbər verilir.

Urmiyə, Xoy, Səlmas, Çaldıran və Maku əyalətlərindəki kəndlərdə yaşayan azərbaycanlılar terror təşkilatının təhdidi altındadır. Aylardır elektrik enerjisi və su verilməyən kəndlərdə bir çox xidmət sahələri dayanmaq məcburiyyətində qalıb. PKK-nın Suriya qanadı olan PEJAK terrorçuları kəndlərə edərək əhalini təhdid edir.

İranda PKK terror təşkilatının  iki gün öncə törətdiyi son hücumda Həsən Dərgahi, Tohid Müstəşari və Əliəsgər Həydərzadə adlı 3 nəfər azərbaycanlı öldürülüb. Güney Azərbeycan Milli Uyanış Hərəkatının sədr müavini Əlyar Makuyi İranda yaşayan azərbaycanlılara yönəlmiş köçürmə əməliyyatınının "Pəncə" əməliyyatından sonra genişləndiyini qeyd edib. 

"PEJAK terrorçuları kəndlərimizə basqın edərək, əhalinin kəndlərimizi boşaltmaları üçün açıq şəkildə təhdid edirlər", - deyə Əlyar Makuyi bildirib. O qeyd edib ki, "PEJAK'lı teröristler sınır köylerine inerek halkımızı köylerine boşaltmaları konusunda açıkça tehdit ediyor" dedi. Elyar Makuyi  deyib ki, infrastruktur xidmətlərinin qarşısının alınmasının arxasında Qərbi Azərbaycan valisi vəzifəsinə gətirilən Məhəmməd Mehdi Şəhriyari dayanır: "Əvvəllər də türklər əelyhinə bir çox skandala imza atan vali yenə kürd əsilli daxili işlər naziri Rəhmani Fəzli tərəfindən himayə edilir".

Güney Azərbaycan kəndlərinə yönəlmiş silahlı basqın və köçürülmə siyasətinə dəstək verən bölgə valisini himayə edən daxili işlər naziri ötən aylarda PKK terrorçularının əsas terror düşərgəsi sayılan Qəndilə etdiyi səfərlə diqqət çəkib. PKK terrorçuları ilə şəkil çəkdirən nazir Rəhmani Fəzli Qəndildə verdiyi açıqlamada "İran artıq bütün məzlumlar üçün vaz keçilməz ümiddir" ifadəsini işlədib. 

Yerli sakinlər PEJAK terrorçularının bölgədə çox rahat şəkildə fəaliyyət göstərdiklərini, türklərin təhdid edildiyini, İran hüquq-mühafizə orqanlarının hadisələrə müdaxilə etmədilərini deyblər.


Oxunma sayı: 20604

Oxşar yazılar