Türkiyənin ən yaxın dostu Azərbaycandır, ən böyük təhdid isə ... - Türkiyənin Kadir Has Universitetinin xalq arasında keçirdiyi sorğunun sensasion nəticələri

  • 13:40 - 05 İyul

Türkiyənin Kadir Has Universitetinin 2019-cu ildə həyata keçirdiyi sorğu nəticəsində Türkiyə üçün ən böyük təhdidin ABŞ, ən yaxın dostun isə Azərbaycan olduğu müəyyənləşib. 

Avropa.info xəbər verir ki,  universitetin 2016-cı ildə keçirdiyi  sorğuda iştirak edənlərin 44 faizi ABŞ-ı ən böyük təhdid olaraq görürdüsə,  2019-cu ildə keçirilən sorğuda bu nisbət 81 faizə yüksəlib. 

Sorğuya qatılanların fikirincə, Türkiyə xarici siyasətinin ən önəmli məsələsi ABŞ-la münasibətlərdir. Bu baxımdan ikinci yeri 18 faizlə ölkə xaricində terrorla mübarizə, üçüncü yeri Suriyadakı vətəndaş müharibəsi, dördüncü yeri isə Suriyada PKK/YPG terror təşkilatının varlığı məsələsi tutur. 
 
Sorğuya qatılanların 70,8 faizi İsraili, 65 faizi Fransanı, 52,8 faizi isə İngiltərəni, 44.2 faizi Rusiyanı, 41 faizi isə Çini Türkiyəyə təhdid olaraq görür.
 
Azərbaycan 65,3 faiz ilə Türkiyənin ən böyük dostu olaraq qəbul edilərkən, ikinci yeri 61,5 faiz ilə Türkmənistan, üçüncü yeri 59,8 ilə Şimali Kipr tutur. 

 
Sorğuya qatılanların yüzdə 44,5 faizi Türkiyənin Azərbaycanla əməkdaşlıq etməsini istəyərkən, 41,2 faiz  türkdilli respublikalarla, 19,2 faiz ilə müsəlman ölkələrlə, 15,7 faizi NATO ilə , 12,9 faiz isə Rusiya ilə əməkdaşlığa tərəfdardır. 

 


Oxunma sayı: 19471

Oxşar yazılar