Aryen Robben karyerasını başa vurub

  • 23:33 - 04 İyul

Almaniyanın "Bavariya" klubunun futbolçusu Aryen Robben karyerasını başa vurub.

APA-nın məlumatına görə, bunu 35 yaşlı yarımmüdafiəçinin özü açıqlayıb. 

O bildirib ki, son bir neçə həftədə fikirləşdikdən sonra bu qərarı verib. 

Qeyd edək ki, A. Robben 2009-2019-cu illərdə "Bavariya"nın şərəfini qoruyub. O, həmçinin "Real" (Madrid, İspaniya), "Çelsi" (İngiltərə), PSV və "Qroningen"in (hər ikisi Hollandiya) şərəfini qoruyub. Futbolçu 2003-2017-ci illərdə isə Hollandiya yığmasının formasını geyinib. 


Oxunma sayı: 12464

Oxşar yazılar