“Mançester Siti” klubu “Atletiko Madrid”in yarımmüdafiəçisi üçün 70 milyon avro ödəyib

  • 04 İyl - 2019

“Atletiko Madrid” futbol klubunun yarımmüdafiəçisi Rodriqo Hernandes İngiltərənin “Mançester Siti” komandasına transfer olunub.

Avropa.info xəbər verir ki, “şəhərlilər” 23 yaşlı ispaniyalı yarımmüdafiəçi üçün 70 milyon avro ödəyiblər.

R.Hernandes ötən mövsüm “Atletiko Madrid”in heyətində 47 oyunda 3 qol vurub və bir məhsuldar ötürmə verib.

Xatırladaq ki, R.Hernandes 2018-ci ilin yayında “Villarreal”dan Madrid təmsilçisinə 20 milyon avroya transfer edilib.


Oxunma sayı: 3477

Oxşar yazılar