La Liqada "El-Klasiko"ların tarixləri müəyyənləşib

  • 19:45 - 04 İyul

Futbol üzrə İspaniya La Liqasının 2019/2020 mövsümünün püşkü atılıb. 

“Report” yarışın rəsmi saytına istinadən xəbər verir ki, çempionata avqustun 18-i start veriləcək. İlk turda son çempion “Barselona” “Atletik”in, “Real Madrid” isə “Selta”nın qonağı olacaq. 

18 avqust 

I tur 

"Selta" – "Real Madrid" 

"Malyorka" – "Eybar" 

"Atletiko" – "Xetafe" 

"Espanyol" – "Sevilya" 

"Alaves" – "Levante" 

"Valensiya" – "Real Sosyedad" 

"Betis" – "Valyadolid" 

"Leqanes" – "Osasuna" 

"Atletik" – "Barselona" 

"Vilyarreal" – "Qranada" 

Qeyd edək ki, “Barselona” və “Real Madrid”in iştirakı ilə baş tutacaq mövsümün ilk “El-Klasiko”su oktyabrın 27-də 10-cu tura təsadüf edəcək. Birinci görüş “Nou Kamp”da olacaq. Bu komandaların “Santyaqo Bernabeu”dakı dueli isə 2020-ci il martın 1-də 26-cı tur çərçivəsində keçiriləcək. 

 


Oxunma sayı: 8900

Oxşar yazılar