Azərbaycanda dəhşətli olay: Dayı evə hücum çəkib bacısı oğlunu bıçaqladı

  • 18:00 - 04 İyul

Şirvan sakini dayısı tərəfindən bıçaqlanıb.

Milli.Az APA-ya istinadən xəbər verir ki, hadisə 23:00 radələrində Şirvan şəhəri, Neftçilər küçəsi ev 21 ünvanında qeydə alınıb.

Aralarında yaranmış münaqişə zəminində Şirvan sakini, 1974-cü il təvəllüdlü, əvvəllər məhkum olunmuş Məmmədov Şəxsiyyət Məmməd oğlu bacısının yaşadığı fərdi yaşayış evinə hücum edərək bacısı oğlu, 1984-cü il təvəllüdlü Əhmədov Elmin Elxan oğluna bədəninin müxtəlif nahiyələrinə 5 bıçaq zərbəsi endirib.

Ş.Məmmədov, eyni zamanda, həyətə daxil olarkən üzərində gətirdiyi tez alışan püskürdücü balonu alışqanla yandıraraq bacısına və digər ailə üzlərinə yüngül yanıq xəsarətləri yetirib. Hazırda hadisə yerindən qaçan Ş.Məmmədovun tutulması istiqamətində əməliyyat tədbirləri həyata keçirilir.

Şirvan Şəhər Xəstəxanasına yerləşdirilən yaralı E.Əhmədovun həyatı üçün təhlükə olmadığı bildirilir.

Faktla bağlı Şirvan Şəhər Polis Şöbəsində cinayət işi başlanılıb, araşdırma aparılır.


Oxunma sayı: 13850

Oxşar yazılar