Bakıda qadından 43 min dollarlıq cinayət

  • 16:09 - 04 İyul

Bakı şəhər sakini A.İsmayılov bu il yanvarın 25-də paytaxt sakini L.Əliyeva tərəfindən aldadılıb 43 min ABŞ dollarının alındığını bildirib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Avropa.info-ya verilən məlumata görə, müraciətlə əlaqədar Səbail Rayon Polis İdarəsində müvafiq araşdırmalar aparılıb.

Faktla əlaqədar Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə cinayət işi başlanıb.

Əməliyyat-axtarış tədbirləri ilə L.Əliyeva polis əməkdaşları tərəfindən saxlanılıb.

Onun cari ilin mart ayında Bakı şəhər sakini olan daha bir qadını aldadıb 4 min manatını alması da müəyyən edilib. 


Oxunma sayı: 9065

Oxşar yazılar