"Qarabağ" braziliyalı futbolçunu transfer etdi – Rəsmi

  • 16:00 - 04 İyul

“Qarabağ” klubu növbəti futbolçu transferini gerçəkləşdirib. 

Avropa.info klubun rəsmi saytına istinadən xəbər verir ki, sol cinah müdafiəçisi Ailton Ferreyra Silva ilə anlaşma əldə olunub. Müqavilə üzrə Almaniya “Ştutqart”ına məxsus olan 24 yaşlı braziliyalı oyunçu bir illik icarəyə götürülüb. 

Qeyd edək ki, "Qarabağ" daha əvvəl hücumameylli Xayme Rodrigesi transfer edib. 


Oxunma sayı: 11001

Oxşar yazılar