UEFA prezidenti azərbaycanlıların futbol sevgisindən danışdı

  • 15:14 - 04 İyul

“Azərbaycanda futbolu sevirlər. Həmçinin onların hər gün superulduz görmək imkanı da yoxdur”.

APA -nın məlumatına görə, bunu UEFA prezidenti Aleksandr Çeferin deyib.

Sloveniyalı rəhbər xarici mətbuata verdiyi müsahibəsində mayın 29-da Bakıda keçirilmiş Avropa Liqasının finalına yenidən toxunub. O bildirib ki, həlledici oyunun Azərbaycana həvalə edilməsi hər bir ölkədə futbolun inkişafına hesablanıb: “UEFA Avropa futbolunun idarəetmə orqanıdır. Futbolu təkcə böyük ölkələrdə deyil, hər yerdə inkişaf etdirməliyik. İşlərimiz barədə kiçik fikrə sahib olanlar yəqin final oyunlarının məkanını bir il və ya il yarım öncədən müəyyənləşdirildiyini bilirlər. Finalçıları dəqiqləşdirmək üçün son iki həftəni gözləyib, ardından yer seçmirik. Məsələn, iki ingilis komandasının finala adlaması kimi. Rusiyanın "Zenit", Ukraynanın "Şaxtyor" klubları da Avropa Liqasında final oynayıblar. Həmçinin həlledici görüşdə Türkiyə klubu da ola bilərdi”.

Qeyd edək ki, Avropa Liqasının finalında “Çelsi” “Arsenal”a 4:1 hesabı ilə qalib gəlib.


Oxunma sayı: 10374

Oxşar yazılar