“Çelsi”nin yeni baş məşqçisi o oldu

  • 12:53 - 04 İyul

İngiltərə yığmasının sabiq futbolçusu “Derbi Kaunti” klubuna başçılıq edən Frenk Lempard “Çelsi” futbol klubuna baş məşqçi təyin edilib.

Avropa.info xəbər verir ki, 41 yaşlı ingilis üç il müddətinə müqavilə imzalayıb. O, bu vəzifədə italiyalı məşqçi Mauritsion Sarrini əvəz edib. Sarri Turinin “Yuventus” klubuna baş məşqçilik edəcək.

Qeyd edək ki, Lempard “Çelsi” formasında 2001-2004-cü illərdə futbolçu çıxış edib, 648 rəsmi matç keçirib, 211 qol vurub. “Çelsi” ilə 3 dəfə İngiltərə çempionu (2005, 2005, 2010) 4 dəfə ölkə kuboku sahibi (2007, 2009, 2010, 2012), həmçinin Çempionlar Liqası (2012) və Avropa Liqası (2013) qalibi olub.


Oxunma sayı: 9406

Oxşar yazılar