Cavid Qurbanov: "Azərbaycan iri tranzit və logistik mərkəzə çevrilməkdədir"

  • 22:00 - 03 İyul

Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətində ikitərəfli görüş keçirilib.

“Azərbaycan Dəmir Yolları”ndan  Avropa.info-ya verilən məlumata görə, görüşdə 2015-2018-ci illərdə ABŞ-ın Azərbaycan Respublikasındakı Fövqəladə və Səlahiyyətli səfiri olmuş Robert Sekuta, ABŞ-ın Birləşmiş Ehtiyat Qüvvələrinin rəhbəri, kontr-admiral Ron Maklaren, Xəzər Araşdırma Mərkəzinin direktoru Əfqan Niftiyev iştirak edib.

“Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov bildirib ki, son illər nəqliyyat sisteminin, xüsusilə də dəmir yolunun inkişafı sayəsində Azərbaycan iri tranzit və logistik mərkəzə çevrilməkdədir. Beynəlxalq və regional nəqliyyat layihələrinin reallaşması prosesində, ölkənin tranzit potensialının artırılması istiqamətində uğurlu addımlar atılır, mövcud dəmir yolu infrastrukturu modernləşdirilir. C.Qurbanov "Bakı-Tbilisi–Qars", Beynəlxalq Transxəzər Nəqliyyat Marşrutu, “Şimal-Cənub”, "Cənub-Qərb" nəqliyyat dəhlizləri barədə də ətraflı məlumat verib.

Sonra ikitərəfli qarşılıqlı əlaqələrin genişləndirilməsi məsələləri müzakirə olunub.

Kontr-admiral Ron Maklaren Azərbaycanın nəqliyyat-logistika, tranzit imkanlarının genişləndirilməsi istiqamətində görülən işlərdən məmnun qaldıqlarını, ikitərəfli əlaqələrin bundan sonra daha da genişləndirilməsinin vacibliyini vurğulayıb.


Oxunma sayı: 15895

Oxşar yazılar