Ən böyük elektronika istehsalçıları Çindən “qaçmağa” hazırlaşır

  • 21:07 - 03 İyul

Dünyanın ən iri elektronika istehsalçıları ABŞ sanksiyalarından yayınmaq üçün yaxın zamanlarda Çindəki istehsalatlarını qismən dayandıracaq. 
 

“Hewlett-Packard” (HP) və “Dell” kompaniyaları istehsalatlarının təxminən 30 faizini Çinin xaricinə çıxarmaq istəyir. Hazırda “Microsoft”, “Google”, “Amazon”, “Sony”, həmçinin video-oyun və əyləncə sənayesi nəhəngi Yaponiyanın “Nintendo” kompaniyası analoji tədbirləri nəzərdən keçirir. Dünyanın ən iri personal kompüter və noutbuk istehsalçılarından olan “Lenovo” və “Acer” də istehsalatlarını Çindən çıxarmaq haqqında düşünür. 

Xatırladaq ki, ABŞ mayın 10-da Çindən idxal olunacaq məhsullara rüsumları növbəti dəfə - 10 faizdən 25 faizə qədər artırıb. Vaşinqton bu addımı Çinin ticarət sazişindən uzaqlaşması ilə izah edib. Pekin isə buna cavab olaraq iyunun əvvəlindən ABŞ-dan idxal olunacaq 5 mindən artıq məhsula rüsum tətbiq edib. 

İyunun 29-da Yaponiyanın Osaka şəhərində keçirilən G20 sammiti meydanlarında ABŞ Prezidenti Donald Trampla ÇXR sədri Si Cinpin arasında tam formatlı ikitərəfli görüş baş tutub. Görüş çərçivəsində liderlər ticarət danışıqlarının bərpa edilməsi barədə razılığa gəliblər. Donald Tramp Çin mallarına müəyyən bir müddət yeni rüsumlar tətbiq etməyəcəyinə vəd verib.


Oxunma sayı: 9031

Oxşar yazılar