Azərbaycan bu il Türkiyədən 913 min tonadək aviasiya yanacağı idxal edib

  • 19:58 - 03 İyul

Yanvar-aprel aylarında Türkiyə Azərbaycana 912,9 min ton aviasiya yanacağı ixrac edib.

Bu barədə Türkiyənin Enerji Bazarını Tənzimləmə Təşkilatı (EPDK) məlumat yayıb. Bildirilir ki, yanvarda Türkiyənin Azərbaycana ixrac etdiyi aviasiya yanacağının həcmi 217,8 min ton, fevralda 217,6 min ton, martda 240,2 min ton, apreldə isə 237,3 min ton olub.


Oxunma sayı: 8349

Oxşar yazılar