Azərbaycan millisi hazırlıq üçün Türkiyəyə yollanıb

  • 19:40 - 03 İyul

Sərbəst güləş Azərbaycan yığması sabah ölkə xaricində növbəti təlim-məşq toplanışına başlayacaq.

Azərbaycan Güləş Federasiyasından Avropa.info-ya verilən məlumata görə, milli komanda bu gün Türkiyəyə yola düşüb. 

Baş məşqçi Saypulla Absaidov və böyük məşqçi Zəlimxan Hüseynovun rəhbərliyi altında 14 güləşçi iyulun 10-dək İstanbulda hazırlıq keçəcək. Daha sonra komandamız ayın 11-dən 14-dək həmin şəhərdə təşkil olunacaq reytinq xarakterli Yaşar Doğunun xatirə turnirində qüvvəsini sınayacaq.


Oxunma sayı: 16797

Oxşar yazılar