BP və tərəfdaşları Azərbaycana 70 mlrd. dollardan çox investisiya yatırıb

  • 03 İyl - 2019

BP və onun tərəfdaşları tərəfindən 1995-ci ildən 2018-ci ilin sonunadək “Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar blokunun inkişafına, Bakı-Tbilisi-Ceyhan neft kəmərinin tikintisinə, “Şahdəniz” qaz-kondensat yatağının işlənməsinə və Cənubi Qafqaz Boru Kəmərinin tikintisinə 72 mlrd. ABŞ dolları məbləğində əsaslı xərc çəkiblər. “APA-Economics”in məlumatına görə, bu barədə BP-nin 2018-ci il üzrə Azərbaycanda davamlı inkişaf haqqında hesabatında bildirilir.

“82 mln. dollar isə BP-nin Azərbaycandakı əməliyyatlarına başladıqdan etibarən icma inkişafı və təhsil təşəbbüsləri də daxil olmaqla tərəfdaşlarımızla birlikdə sosial proqramların həyata keçirilməsinə çəkdiyimiz xərcdir”, - hesabatda qeyd edilir.

Hesabata əsasən, AÇG-dən 1997-ci ildə ilk neft hasilatından başlayaraq 2018-ci ilin sonunadək 3,5 mlrd. barel neft hasil olunub.

“Şahdəniz” 2006-cı ildə ilk qaz hasilatından başlayaraq 2018-ci ilin sonunadək 100 mlrd. kubmetr qaz hasil edilib.

Hazırda BP-in AZərbaycanda dənizdəki əməliyyatlarına 9 qazma qurğusu, o cümlədən 2 səyyar qazma qurğusu, cəlb edilib, hesabatda qeyd edilir.

Emil İsmayılov


Oxunma sayı: 3553

Oxşar yazılar