Rusiya Azərbaycanın 227 ton məhsulunu geri qaytardı

  • 17:27 - 03 İyul

Azərbaycan istehsalı olan 119 ton pomidor və 108 ton gilasın Rusiyanın Dağıstan Respublikasına idxalına icazə verilməyib.   

Avropa.info azvision.az-a istinadən xəbər verir ki, bu barədə Dağıstan Respublikasının Baytarlıq və Fitosanitar Müşahidə üzrə Federal Xidməti qərar qəbul edib. 

Məlumata görə, laboratoriyada məhsullarda zərərli maddələrin olduğu təsdiq edilib. Nəticədə yüklərlə bağlı protokol tərtib edilib və məhsullar Azərbaycana geri göndərilib.   

Bundan başqa, İrandan gətirilən 11 ton təzə bibər Rusiya ərazisinə buraxılmayıb. 


Oxunma sayı: 10428

Oxşar yazılar