Cinayət törətməkdə şübhəli bilinən 11 nəfər saxlanıldı

  • 14:38 - 03 İyul

Ötən gün ərzində törədilmiş səkkiz cinayətin üstü respublikanın daxili işlər orqanları tərəfindən “isti izlər”lə açılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Avropa.info-ya bildiriblər ki, əvvəlki dövrlərdən bağlı qalmış iki cinayətin açılması təmin olunub.

Axtarışda olduğuna görə ümumilikdə dörd nəfər, o cümlədən borclu şəxs qismində axtarılan iki nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklə əlaqəli beş fakt müəyyənləşdirilib.

Cinayət törətməkdə şübhəli bilinən 11 nəfər saxlanılıb.


Oxunma sayı: 15433

Oxşar yazılar