Həlledici matçda penaltini vura bilmədi – İndi ölümlə hədələnir

  • 16:38 - 02 İyul

Kolumbiyalı futbolçu Uilyam Tesillo Amerika Kubokunun dörddə bir finalında, nəticənin penalti zərbələri ilə müəyyənləşdiyi Çili ilə oyunda penaltini vura bilməyib.

Avropa.info xəbər verir ki, Tesillo mətbuata verdiyi açıqlamada penaltini  qaçırdığına görə ölüm hədələrinə məruz qaldığını deyib. Tesillonun arvadı Daniela Maija təhdid mesajlarından birinin şəklinin “İnstagram” səhifəsində paylaşıb.

Meija 1994-cü ildə öz qapısına qol vurduqdan sonra güllələnərək öldürülən Andres Eskobarın qədərini paylaşmaqdan qorxduğunu deyib.

Tesillo hədələrlə bağlı “El Pais” nəşrinə verdiyi müsahibədə “Arvadıma yazıblar, mənə də yazdılar” deyib.


Oxunma sayı: 7238

Oxşar yazılar