“Gilan” nizamnamə kapitalını artırdı

  • 02 İyl - 2019

İyun ayının əvvəlində “Gilan”-ın və holdinqə daxil olan bəzi şirkətlərin nizamnamə kapitallarının artırılacağı barədə məlumat yayılmışdır. Əldə olunan məlumata əsasən, iyun ayının 28-də şirkətin nizamnamə kapıtalının həcmi artırılaraq, 395,850,678 manata çatdırılıb. Daha əvvəl isə bu məbləğ 22,182,402 manat təşkil edirdi. 

Xatırladaq ki, daha öncə yayılmış məlumata əsasən, nizamnamə kapitalının artırılması 2019-cu ilin əvvəlində müəyyən olunmuş ümumi inkişaf strategiyasına uyğun olaraq həyata keçirilmişdir ki, bu da Holdinqin maliyyə dayanıqlığının təmin edilməsi və bazar mövqelərinin gücləndirilməsi ilə əlaqədardır.

1987-ci ildən fəaliyyət göstərən “Gilan Holdinq”, qeyri-neft sektoru üzrə Azərbaycan iqtisadiyyatının inkişafı üçün iri miqyaslı layihələrə sərmayələr yatıran, həmçinin yerli məhsulların xarici bazarlarda tanınmasını və satışını təşkil edən aparıcı şirkətlər qrupundan biridir.


Oxunma sayı: 1034

Oxşar yazılar