Malidə bir kəndə hücum olub, 23 nəfər ölüb

  • 01 İyl - 2019

Mali Respublikasının mərkəzi bölgəsində ötən gün fulani xalqına məxsus bir kəndə silahlı hücum nəticəsində azı 23 nəfər ölüb, 300 nəfər itkin düşüb.

Son aylar ərzində xalqlararası zorakılığın artdığı bölgədə axşam daha iki fulani kəndi də hücuma məruz qalıb.

Belə ki, yaxınlıqdakı başqa bir kəndin rəhbəri Haruna Sankarenin bildirdiyinə görə, Saran kəndindən sonra Bidi kəndinə hücum edən yaraqlılar sakinlər çıxıb getdikdən sonra kəndi yandırıblar və mal-qarasına hücum ediblər.

Qeyd edək ki, sözügedən bölgədə maldarlıqla məşğul olan fulanilərlə əkinçi doqonlar arasında torpaq və sərvətlər uğrunda mütəmadi baş verən silahlı toqquşmalar islamçı silahlı dəstələrin iştirakı ilə daha da qızışır.

 

report


Oxunma sayı: 3278

Oxşar yazılar