İdmançılarımız Minskdə erməniləri darmadağın etdilər – Fotolar

  • 01 İyl - 2019

Belarusun paytaxtı Minskdə keçirilən ikinci Avropa Oyunları başa çatıb. Yarışlarda ölkəmizi təmsil edən idmançılar 5 qızıl, 10 gümüş və 13 bürünc medal qazanıblar. Bu nəticə ilə Azərbaycan "Minsk 2019"u 10-cu pillədə başa vurub.

4 il əvvəl Bakıda keçirilən ilk Avropa Oyunlarında olduğu kimi Rusiya yenə birinciliyi qoruyub. İkinci yeri meydan sahibləri tutublar. Ukrayna isə üçüncü pillədə qərarlaşıb. 

Yarışlar zamanı Azərbaycan təmsilçiləri idmanın müxtəlif növləri üzrə görüşlərdə Ermənistan nümayəndələri ilə üz-üzə gəliblər. Prinsipial görüşlərin hamısı idmançılarımızın qələbəsilə yekunlaşıb. 

Aropa.info azvision.az-a istinadən xəbər verir ki, 69 kq çəkidə çıxış edən Kuba əsilli Azərbaycan boksçusu Lorenzo Sotomayor 1/16 finalda erməni Qurqen Madoyanı rinqə çıxmağına peşman edib. Sotomayor 5:0 hesablı qələbə ilə növbəti tura adlayıb. 

57 kq çəki dərəcəsində bürünc medal uğrunda görüşdə samboçumuz Mehman Xəlilov erməni rəqibi Maksim Manukyandan üstün olub. 

Cüdo yarışlarında 73 kq çəkidə mübarizə aparan Rüstəm Orucov Ermənistan təmsilçisi Ferdinand Karapetyana vaza-ari xalı ilə qalib gələrək yarımfinala vəsiqə qazanıb. 

Azərbaycan təmsilçisi Hidayət Heydərov bürünc medal uğrunda təsəlliverici görüşdə daha əvvəl Rüstəm Orucovun 1/4 finalda məğlub etdiyi Karapetyanı məyus edib. İdmançımız əlavə vaxtda ipponla qələbə qazanıb. 

Yarışda 65 kq çəki dərəcəsində çıxış edən Azərbaycanın sərbəst güləşçisi Hacı Əliyev 1/8 final görüşündə Ermənistan təmsilçisi Valodya Franqulyana heç bir şans verməyib - 6:0. 

Hacı Əliyev yarımfinal görüşündə də erməni rəqiblə qarşılaşıb. Həmin görüşdə Ukrayna təmsilçisi erməni əsilli Hor Ohanesyanı məğlub edən idmançımız finalda Gürcüstanın olimpiya çempionundan üstün olub. 


Oxunma sayı: 363

Oxşar yazılar