Minsk-2019: Azərbaycan Oyunları 28 medalla başa vurub - SİYAHI

  • 21:50 - 30 İyun

Belarusun paytaxtı Minskdə keçirilən II Avropa Oyunları başa çatıb.

APA-nın Minskə ezam olunmuş əməkdaşının məlumatına görə, yarışın son günündə 36 dəst medal sahibini tapıb.

Azərbaycan millisi son gündə hesabına 4 medal yazdırıb. Bunlardan ikisi yunan-Roma, ikisi karate yığmamızın hesabındadır. Güləşçilərdən İslam Abbasov (87 kq) gümüş, Sabah Şəriəti (130 kq) bürünc medal əldə edib. Karateçilərimizdən Rafael Ağayevlə (75 kq) Firdovsi Fərzəliyev (60 kq) gümüşə yiyələniblər.

Beləliklə, yığmamız Minsk-2019-u 28 medalla başa vurub. Təmsilçilərimiz 5 qızıl, 10 gümüş və 13 bürünc mükafata yiyələniblər.

Komandamız 10 gün davam edən Avropa Oyunlarının yekun medal sıralamasında 10-cu yeri tutub. Bu müddətdə sahibini tapan 200 dəst medala 43 ölkə təmsilçiləri yiyələnib. Onlardan 34-ü fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

Medal sıralamasına Rusiya başçılıq edir. 4 il əvvəl Bakıda keçirilən ilk Avropa Oyunlarında olduğu kimi yenə şimallılar birinci olub. İkinci yeri isə yenə meydan sahibləri tutublar. Bu dəfə Belarus bu uğura imza atıb. Ukrayna isə ilk “üçlüy”ü qapayıb.

İlk “altılıq”da növbəti yerləri İtaliya, Hollandiya və Almaniya tutub. Daha üç milli -  Gürcüstan, Fransa və Böyük Britaniya da Azərbaycan yığması kimi ilk “onluq”da qərarlaşıb.

yerölkəqızılgümüşbürüncCəmi
1Rusiya442342109
2Belarus24162969
3Ukrayna16171851
4İtaliya13151341
5Hollandiya913729
6Almaniya761326
7Gürcüstan6101430
8Fransa691328
9Böyük Britaniya69823
10Azərbaycan5101328
11Ermənistan53311
12İspaniya52613
13Macarıstan46919
14Belçika4116
14Sloveniya4116
16Bolqarıstan37818
17Portuqaliya36615
18İsveçrə33410
19İsrail3317
20Yunanıstan3249
21Danimarka3238
22Polşa311014
23İsveç3148
24Türkiyə26715
25Çexiya25613
26Rumıniya23510
27Latviya2327
28Xorvatiya2158
29Litva2103
30Finlandiya2013
31Avstriya1247
31İrlandiya1247
33Serbiya1236
34Kosovo1113
35Estoniya0235
36Moldova0145
37Slovakiya0134
38Lüksemburq0123
39Bosniya və Herseqovina0101
39Kipr0101
39Monteneqro0101
42Norveç0022
43San-Marino0011
 Cəmi200200283683

Oxunma sayı: 10967

Oxşar yazılar