Karateçi Rafael Ağayev və Firdovsi Fərzəliyev gümüş medal qazanıb

  • 20:40 - 30 İyun

zərbaycan karateçisi Rafael Ağayev "Minsk 2019" II Avropa Oyunlarında gümüş medal qazanıb.

75 kq çəki dərəcəsində yer alan 34 yaşlı idmançı finalda Stanislav Horunaya uduzub - 0:4.

Beləliklə, Azərbaycan idmançıları II Avropa Oyunlarını 5 qızıl, 10 gümüş, 13 bürünc medalla başa vurub.

***18:38

"Minsk 2019" II Avropa Oyunlarında kişi karateçilərin final döyüşləri başlayıb.

70 kq çəki dərəcəsində qızıl medal uğrunda görüş keçirilib.

Azərbaycan yığmasının üzvü Firdovsi Fərzəliyev də tatamı üzərinə çıxıb. O, finalda Latviya təmsilçisi Kalvis Kalninslə görüşüb. Qarşılaşmadan məğlub ayrılan Fərzəliyev gümüş medalla kifayətlənib.

Bu, Azərbaycan karateçilərinin "Minsk 2019"da dördüncü medalı olub. Bir gün öncə isə Asiman Qurbanlı (+84 kq) qızıl, İrina Zaretska (68 kq) gümüş, Roman Heydərov (kata) bürünc medal əldə edib. Daha bir karateçi Rafael Ağayev (75 kq) isə az sonra final görüşünə çıxacaq.

Qeyd edək ki, Azərbaycan yığması Avropa Oyunlarında 27-ci medalını əldə edib. İdmançılarımızın hesabında 5 qızıl, 9 gümüş, 13 bürünc mükafat var.


Oxunma sayı: 5918

Oxşar yazılar