Rusiya yığması vaxtından əvvəl Avropa Oyunlarının qalibi olub

  • 30 İyn - 2019

Rusiya yığması Belarusda keçirilən Avropa Oyunlarının komanda hesabında medal sayına görə vaxtından əvvəl qalib olub.

Hazırda rusiyalı idmançıların aktivində 39 qızıl, 19 gümüş və 35 bürünc mükafat var.

Hazırda ruslar yaxın izləyiciləri olan Belarus yığması (22-14-25) üçün əlçatmazdırlar.

Azərbaycan yığması medal sayına görə komanda hesabında hazırda 9-cu yerdə qərarlaşıb. Millinin aktivində 5 qızıl, 7 gümüş və 12 bürünc olmaqla 24 medal var.


Oxunma sayı: 121

Oxşar yazılar