Tramp Şimali Koreya torpağına ayaq basmış ilk ABŞ prezidenti oldu - Tarixi video

  • 15:55 - 30 İyun

Bu gün Cənibi Koreya ilə Şimali Koreyanın sərhədində ABŞ prezidenti Donald Trampla Şimali Koreya lideri Kim Çen In arasında görüş baş tutub.

Virtualaz.org RT-yə istinadən xəbər verir ki, Kim Çen In Trampa sərhədi bildirən xətti keçməyi və Şimali Koreya ərazisinə ayaq basmağı xahiş edib. ABŞ prezidenti həmkarının sözünü yerə salmayıb. Beləliklə, o, KXDR ərasizinə gəlmiş ilk ABŞ prezidenti olub.

“Mənim üçün sərhədi keçmiş ilk ABŞ prezidenti olmaq böyük şərəfdir. Bizim münasibətlərimiz pis idi, indi hər şey əksinədir”, - Tramp deyib.

Məlumatlara görə, Tramp Kim Çen Inı ABŞ-a səfərə dəvət edib. Bəzi mənbələrə əsasən, Şimali Koreya lideri Rusiya prezidenti Vladimir Putinə müraciət ünvanlayaraq, Berinq boğazı üzərindən dəmiryolu körpüsü tikməyi təvəqqe edib ki, ABŞ-a özünün zirehli qatarında yollana bilsin.


FVI98-eddqQ

Oxunma sayı: 7777

Oxşar yazılar